Azərbaycanlı atıcılar BƏƏ-də keçiriləcək Dünya kubokunda iştirak edəcək

Bu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək

Bu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Martın 21-dən 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə Dünya kuboku keçiriləcək.

"Report"un Sportbox.az-a istinadən verdiyi məlumata əsasən, bu yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək.

Tranşeya stendində Əlimirzə Quliyev, Elvin İsmaylov və Alina Rafikxanova, dairəvi stendə isə Paşa Əhədbur, Emin Cəfərov və Nurlanə Cəfərova çıxış edəcəklər.