İsrailə müalicəyə getmiş deputat Milli Məclisin bugünkü iclasına qatılıb

Bakı. 16 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Yevda Abramov bu gün parlamentin plenar iclasına qatılıb.

"Report" xəbər verir ki, Y.Abramov sağlamlıq durumunun normal olduğunu bildirib.

Qeyd edək ki, deputat bir müddət əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuş, daha sonra müalicəsini davam etdirmək üçün İsrailə getmişdi.