Heydər Əliyev Mərkəzinin parkında Real Aykido üzrə ustad dərsi keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ Sabah Heydər Əliyev Mərkəzinin parkında Real Aykido üzrə ustad dərsi keçiriləcək. 

"Report"un məlumatına görə, dərsi Real Aykido döyüş sənəti üzrə 4-cü dan qara kəmər ustası, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti Fariz Abdullayev keçəcək.

6 yaşından yuxarı arzu edən hər bir şəxs kimono geyimində dərsə qatıla bilər. İştirak ödənişsizdir.