Ağcabədidə cüdo üzrə Aran-Qarabağ bölgə birincilyi keçirilir - FOTO

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti region birinciliyi Ağcabədidə keçirilir. Aran-Qarabağ bölgəsində 2005-2007-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gəlib.

Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.