Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.

8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.