Masallıda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlayan şəxs tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 17 may. REPORT.AZ/ Masallı rayonunda evdən 50 000 manat və 20 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Report" xəbər verir ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. 

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən rayonun Ərkivan qəsəbə sakini əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.