Yaponiyada "Haqibis" qasırğası qurbanlarının sayı 37 nəfərə çatıb - FOTO

Yaponiyanın mərkəzi və şərq regionlarında tüğyan edən "Haqibis" qasırğası qurbanlarının sayı 37 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə TBS telekanalı məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisə zamanı daha 13 nəfər itkin düşüb. Qasırğa zamanı 200-ə yaxın insan xəsarət alıb.

Təbii hadisənin zərər vurduğu ərazilərdə infrastrukturun bərpası davam etdirilir. Bərpa işlərinə xilasedicilər və özünümüdafiə qüvvələrinin bölmələri cəlb olunub.

Tokioda və qonşu prefekturalarda elektrik xətlərinin sıradan çıxması nəticəsində 53 min ev işıqsız qalıb. Bütün ölkə üzrə 130 min mənzildə su təminatı yoxdur.