Tehrandakı terror aktlarında ölənlərin və yaralananların sayı artıb

Terror aktları zamanı həmçinin 43 nəfər xəsarət alıb

Terror aktları zamanı həmçinin 43 nəfər xəsarət alıb

Bakı. 8 iyun. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində ötən gün baş vermiş terror aktlarında ölənlərin sayı 13-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfqariyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, terror aktları zamanı həmçinin yaralananların da sayı 43 nəfərə çatıb.  

Qeyd edək ki, iyunun 7-də bir neçə nəfərdən ibarət terrorçu qrup ayətullah Xomeyninin məqbərəsinə və İran parlamentinə hücum edib. İranın Daxili İşlər Nazirliyi onlardan birinin zərərsizləşdirildiyini bildirib. 

 İlkin məlumatda bildirilirdi ki, hücumlar nəticəsində 12 nəfər ölüb, 42 nəfər müxtəlif cür xəsarət alıb.