İslamiadada ilk medal dəsti sahiblərini tapıb

Qızıl medalı türkiyəli atıcı qazanıb

Qızıl medalı türkiyəli atıcı qazanıb

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medal dəsti sahibini tapıb. 

"Report"un məlumatına görə, bu, 10 metr məsafəyə pnevmatik tüfənglə atış yarışında baş verib.

Qızıl medalı üst-üstə 249,8 xal toplayan türkiyəli Ömər Akgün qazanıb. 245,5 xal yığan banqladeşli Rabbi Hasan Munna gümüş, 224,1 xala malik özbəkistanlı Saidxon Sayfuddinov bürünc medal əldə edib. Bu yarışda Azərbaycanı təmsil edən Əli Məcidli finala yüksələ bilməyib. O, təsnifat mərhələsində 17-ci yeri tutub.