Gürcüstan milli valyutasının möhkəmlənməsi davam edir

Gürcüstanın milli valyutasının dollar və avro qarşısında möhkəmlənməsi tendensiyası davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 13-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9173 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların dəyəri 0,0187 lari azalıb.

Avro isə 0,0233 lari ucuzlaşaraq 3,2665 lariyə bərabər olacaq.