Goranboyda usta tikilidən yıxılaraq ölüb

Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Goranboy. 7 sentyabr. REPORT.AZ/ Goranboyda usta bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.  

Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Faiq Bahadur oğlu Məmmədov tikintidə işləyən zaman hündürlükdən yıxılaraq ağır xəsarət alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.