“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 151,522 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,1% azdır.

“Bank VTB Azərbaycan”ın aktivlərinin 61,144 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 5,7% kiçilib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 1,5% artaraq 94,851 milyon manata, o cümlədən depozit portfeli 42,7% artaraq 68,116 milyon manata çatıb, Bankın cəmi kapitalı isə 2,7% azalaraq 56,671 milyon manata düşüb.

Bu ilin I rübündə “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 2,049 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,7% az), faiz xərcləri 1,753 milyon manat (69,4% az), qeyri-faiz gəlirləri 1,346 milyon manat (1 il bundan əvvəlk zərər olub), qeyri-faiz xərcləri 3,864 milyon manat (21,4% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti 3,716 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Son nəticədə Bank rübü 1,494 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 247,412 milyon manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 mln. manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin baş direktoru) məxsusdur.