Olimpiada-2018: Almaniya liderliyini qoruyub, Norveç irəliləyib - CƏDVƏL

9-cu yarış gününə yekun vurulub

9-cu yarış gününə yekun vurulub

Bakı. 15 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında bu gün 7 növ üzrə 9 dəst medal sahiblərini tapıb. 

"Report"un məlumatına görə, 9-cu yarış gününün yekunlarına əsasən, Almaniya medal əyarında liderliyini davam etdirib. Əvəzində Norveç Hollandiyanı üstələyərək ikinci pilləyə yüksəlib. Medal sayında isə skandinaviyalılar liderdir. 

Sıralama Gold Medal Silver Medal Bronze Medal Cəmi
1. Almaniya 9 2 4 15
2. Norveç 6 7 4 17
3. Hollandiya 5 5 2 12
4. ABŞ 5 1 2 8
5. Kanada 4 5 4 13
6. İsveç 3 2 0 5
7. Fransa 3 1 2 6
8. Avstriya 2 1 3 6
9. İtaliya 1 1 3 5
10. Cənubi Koreya 1 0 1 2
11. Yaponiya 0 4 3 7
12. Avstraliya 0 2 1 3
13 Çin 0 2 0 2
13. Slovakiya 0 2 0 2
15. Olimpiya (Rusiya) 0 1 4 5
16. Çexiya 0 1 1 2
16. İsveçrə 0 1 1 2
18. Sloveniya 0 1 0 1
19. Finlandiya 0 0 3 3
20. İspaniya 0 0 1 1
20. Qazaxıstan 0 0 1 1