Moskvada kafe müştərisinin qətli videokameralara düşüb - VİDEO

Bakı. 12 dekabr. REPORT.AZ/ Moskvanın cənub-şərqində yerləşən Lenin prospektindəki "Cənnət süfrəsi" kafesində üzərində odlu silah yarası olan kişi meyiti aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, hazırda Rusiya paytaxtında "Yaxalama" planı çərçivəsində axtarılan naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Silahlı insident Moskva vaxtı ilə təqribən 22:30-da baş verib. Hadisənin təfərrüatları məlum deyil. Ehtimal ki, atışma qəfil baş verən münaqişə zəminində olub.