31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü - FOTOLARDA

Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb.

"Report" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan olimpiadada iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. 

Yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib.

Əsas yarış Milli Gimnastika Arenasında həyata keçirilir. 

Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.