​Ayətullah Xamenəinin müşaviri Moskvaya səfər edəcək

Səfər çərçivəsində Əliəkbər Vilayəti Rusiya rəsmiləri ilə görüşəcək

Səfər çərçivəsində Əliəkbər Vilayəti Rusiya rəsmiləri ilə görüşəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenəinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Moskvaya səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, səfər fevralın 1-də başlayacaq və 4-dək davam edəcək.

Məlumata əsasən, səfər çərçivəsində Ə.Vilayəti Rusiya rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi və bölgəyə dair problemli məsələlər müzakirə ediləcək.