Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb - YENİLƏNİB

Goranboy rayonunda avtomobil vuran piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Nadir kənd sakini, 1959-cu il təvəllüdlü Vaqif Cabbar oğlu Abdıyev yerləşdirildiyi xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisəni törədən şəxs onun qohumu olub. 

Faktla bağlı araşdırma aparılır.


*** 14:23

Goranboy rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Nadir kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1959-cu il təvəllüdlü Vaqif Cabbar oğlu Abdıyevi kəndin ərazisində naməlum avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yarlı "təcili yardım" avtomobili ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.