Azərbaycanda deputatların iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək

Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır

Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır

Bakı. 26 yanvar. REPORT.AZ/ “Azərbaycanda Milli Məclisin deputatlarının iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

O bildirib ki, yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq: “Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır”.