Penitensiar Xidmətin orta rəis heyətinə qulluğa qəbul edilən əməkdaşlar and içiblər

Onlara xidməti vəsiqələr təqdim edilib

Onlara xidməti vəsiqələr təqdim edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilən 36 əməkdaşın andiçmə mərasimi keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, xidmət rəhbərliyi tərəfindən Penitensiar Xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilib, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunub və xidməti vəsiqələr təqdim edilib.

Gənc əməkdaşlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.