Bakıda velosiped oğruları tutulub

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.