Keçən il Azərbaycanda 13 yeniyetmə qətlə görə məhkum edilib

Onlardan 1-i qız olub

Onlardan 1-i qız olub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ötən il Azərbaycanda qəsdən adam öldürməyə görə tutulanlardan 13 nəfəri 14-18 yaş arası yeniyetmələr olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Həmin yeniyetmələrdən 1-i qız və 12-si isə oğlandır.

2015-ci ildə ümumillikdə 286 cinayət törətmiş 14-18 yaşadək yeniyetmə qeydə alınıb ki, onlardan 5 nəfəri qız olub.

Qızlardan 2-si oğurluq cinayətinə görə məhkum edilib. Oğurluğa görə məhkum edilən oğlanların sayı 136 olub.

Yeniyetmələr ən cox cinayət oğurluq (138), ən az isə quldurluğa (4) görə tutulublar.