Lerikdə zəlzələ nəticəsində köhnə tikililərdə çatlar yaranıb - FOTO

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın cənub bölgəsində baş verən zəlzələ nəticəsində ciddi dağıntı qeydə alınmayıb. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lerik və Lənkəran rayonlarının bəzi kəndlərində fərdi yaşayış evlərində, xüsusilə köhnə tikililərdə çatlar yaranıb. 

Hazırda rayon fövqəladə hallar komissiyaları müvafiq araşdırmalar aparırlar.