Ağstafada ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Ağstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.

Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


21:08

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.