Nəsimi rayonunda yol qəzası olub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı 24 yaşlı Rəsulov Məhərrəm Əflatun oğlu və 29 yaşlı Maqsudov Elvin Nəriman oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. M.Rəsulova sağ çiynin əziyi, E.Maqsudova isə qarnın və onurğanın küt travması diaqnozu qoyulub.