Bakı-Qazax yolunda bir ailənin 3 üzvünü maşın vurub

Hadisə ata, ana və övladları yolu keçərkən baş verib

Hadisə ata, ana və övladları yolu keçərkən baş verib

Şəmkir. 22 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.