Tovuzda bəy maşınını traktor karvanı müşayiət edib - FOTO

Qız evinə gedən avtomobil karvanına gözlənilmədən 5 ədəd traktor qoşulub

Qız evinə gedən avtomobil karvanına gözlənilmədən 5 ədəd traktor qoşulub

Tovuz. 25 dekabr. REPORT.AZ/ Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 5 ədəd bəzəkli "Belarus" traktoru qoşulub.

Toyu olan Səməd Həsənlinin dostları bu şəkildə onu təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da diqqətini cəlb edib.