Prezident Firəngiz Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Bu həftə bəstəkarın 70 yaşı tamam olur

Bu həftə bəstəkarın 70 yaşı tamam olur

Bakı. 22 may. REPORT.AZ/ Prezident İlham Əliyev Firəngiz Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Firəngiz Əliağa qızı Əlizadə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu həftə bəstəkar Firəngiz Əlizadənin 70 yaşı tamam olur.