Daşkəsəndə yük maşını aşıb, xəsarət alanlar var

Daşkəsən. 23 dekabr. REPORT.AZ/ Daşkəsəndə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çovdar kəndində "Shagman" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə 1960-cı il təvəllüdlü Qaradağ sakini Xalfalı Şahlar oğlu Xələfov və 1983-cü il təvəllüdlü Qobustan rayon sakini Elmalı Ağasalah oğlu Xələfov xəsarət alıb. Onların hər ikisinə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.