Tovuzda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Tovuz. 3 sentyabr. REPORT.AZ/ Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Kənd sakini, 1964-cu il təvəllüdlü Nüsrət Dəmir oğlu Rzayev yolu keçmək istəyərkən onu sürücüsü hələlik məlum olmayan avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.