​Göyçayda avtomobil yanıb

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Göyçay rayonunda avtomobil yanıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, rayonun İnçə kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.