Donald Tramp seçki kampaniyasının keçmiş rəhbərini prezidentin müşaviri təyin edib

"Killian Konuey qalib gəlməyimdə vacib rol oynayıb"

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyasının sabiq rəhbəri Killian Konueyi prezidentin müşaviri vəzifəsinə təyin edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə keçid komandasının bəyanatında deyilir.

"Killian Konuey etibarlı məsləhətçi və siyasi icmalçı idi, o, qalib gəlməyimdə vacib rol oynayıb. O, proqramımın yorulmaz və qətiyyətli tərəfdarıdır, ideyalarımızı necə effektli çatdırmağı gözəl bilir" - D.Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl D.Tramp milyarder Karl İkanı tənzimləyici sistem islahatları üzrə xüsusi müşavir vəzifəsinə təyin edib.