Qadınlar arasında boks üzrə dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşib

Bakı. 31 oktyabr. REPORT.AZ/ 2019-cu ildə qadınlar arasında boks üzrə dünya çempionatı Rusiyada keçiriləcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Boks Federasiyasının (AIBA) İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Mundial Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərində təşkil olunacaq. Rusiyanın Soçi şəhərində isə 7 - 21 sentyabr 2019-cu ildə kişilər arasında dünya çempionatı baş tutacaq. 

Qeyd edək ki, 1 - 4 noyabrda Moskvada AIBA-nın Konqresi keçiriləcək. Tədbridə təşkilatın rəhbəri seçiləcək.