Buzovnada maşınla vurulan qadının hər iki ayağı sınıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1986-cil il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızını maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub.