Hərbi Prokurorluğun müstəntiqi: “Xocalı soyqırımı ilə bağlı 4 istiqamətdə istintaq aparılır”

Ülvi Əhmədov: “Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib”

Ülvi Əhmədov: “Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib”

Bakı. 22 fevral. REPORT.AZ/ “Xocalı soyqırımı ilə bağlı cinayət işi Hərbi Prokurorluğun icraatındadır. 4 istiqamətdə istintaq aparılır”.

“Report”un xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov deyib.

O qeyd edib ki, Xocalının işğalı ilə Azərbaycana 523 milyon dollar dəyərində ziyan dəyib.

Ü.Əhmədov bildirib ki, indiyədək 7500 istintaq hərəkəti aparılıb.