Qadını şantaj edib pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub

Sübha Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Sübha Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqdirləndirilən Sübha Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Cədərov qadını şantaj edərək, ondan 6 min manat pul alıb.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.