Gürcüstanda hərbçilərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var

Tbilisi. 7 sentyabr. REPORT.AZ/ Gürcüstanın Vaziani hərbi bazasının ərazisində yol qəzası baş verib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Vaziani hərbi bazasında təlimdən qayıdan hərbçilərin olduğu avtomobilin aşması nəticəsində üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polisi istintaqa başlayıb.