AFFA İntizam Komitəsi "Keşlə"ni cərimələyib

Bakı. 2 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, səbəb paytaxt təmsilçisinin 4 futbolçusunun Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ" ilə səfər matçında sarı vərəqə ilə cəzalandırılmasıdır. 

Qeyd edək ki, "Qəbələ" - "Keşlə" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.