Azərbaycanda xarici valyuta ilə orta depozit faizi tarixi minimuma enib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanda xarici valyuta ilə yerləşən depozitlərin orta illik faiz dərəcəsi bu il fevralın 1-nə 2,92% təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir ki, bu, məlumatların açıqlandığı 2003-cü ildən indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir. 

Hesabata əsasən, xarici valyuta ilə depozit faizləri aylıq müqayisədə 0,08 faiz bəndi, illik müqayisədə isə 1,48 faiz bəndi azalıb. Fevralın 1-nə hüquq şəxslər üzrə depozit faizi 1,4%, fiziki şəxslər üzrə depozit faizi isə 3,58% olub.