Sumqayıt sakini üçüncü mərtəbədən yıxılıb

Sumqayıt. 26 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 64 yaşlı kişi üçüncü mərtəbədən yıxılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 48-ci məhəllə ev 2 ünvanında qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Əliyev Əkrəm İbrahim oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. O, yaxınları tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.