​İran rusiyalı turustlər üçün viza rejimini ləğv etmək istəyir

Mehdi Sanai: "Müəyyən qrup Rusiya vətəndaşı İrana 5 il müddətinə uzunmüddətli viza ala bilər"

Mehdi Sanai:

Bakı. 10 fevral. REPORT.AZ/ İran rusiyalı turustlər üçün viza rejimin ləğv etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Mehdi Sanai bildirib.

Onun fikrincə, vizasız rejim iki ölkə arasında həm ticarət, həm də turizm əlaqələrinin inkişafı üçün vacibdir: "Müəyyən qrup Rusiya vətəndaşı İrana 5 il müddətinə uzunmüddətli viza ala bilər".

Qeyd edək ki, bu yaxınlarda İranla Rusiya arasında viza rejiminin sadələşdirilməsi haqda razılaşma imzalanıb.