Bakıda avtomobil 48 yaşlı kişini vurub

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, avtomobil 1970-ci il təvəllüdlü Yusufov Rasim Əvvəl oğlunu avtomobil vurub. Nəticədə o, xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.