Malayziyada yol qəzasında 10 nəfər ölüb

Kuala Lumpur Beynəlxalq Hava Limanına yaxınlığında baş verən qəzada 10 nəfər həlak olub, 33 nəfər ciddi xəsarət alıb. 

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Star" məlumat yayıb. 

Belə ki, 43 nəfərin olduğu avtobusda sürücü idarəetməni itirib və su kanalına yuvarlanıb.

Hadisə yerinə dərhal xilasetmə qrupları gəlib. Lakin 8 əcnəbi vətəndaş və sürücü hadisə yerindəcə, digər bir sərnişin isə xəstəxanada həyatını itirib. 

Qalan 34 yaralı yerli xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.