Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 17-yə çatıb

Tbilisi. 15 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori şəhərində 48 yaşlı kişi "donuz qripi" adlandırılan A (H1N1) virusundan ölüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxsdə digər xəstəliklər, həmçinim C hepatiti də olub.

Bununla qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 17-yə çatıb.