Argentinanın turistik şəhərində rekord şaxta qeydə alınıb

San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu mənfi 25,4 dərəcəyədək enib

San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu mənfi 25,4 dərəcəyədək enib

Bakı. 18 iyul. REPORT.AZ/ Argentinanın San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu mənfi 25,4 dərəcəyədək enib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu göstərici şəhər üçün rekord hesab olunur.

Güclü şaxtanın səbəbi regionda intensiv qarın yağması və "Əsrin fırtınası" adlandırılan küləyin əsməsi ilə bağlıdır.  

Qeyd edək ki, And Bariloçen dağının ətəyində yerləşən ərazi Cənubi Amerika ölkəsinin ən məşhur turistik mərkəzlərindən biri hesab edilir.

Bu cür hava şəraiti yerli hava limanının işinə də təsirsiz ötüşməyib, 25 000-dək insan işıqsız qalıb, külək ağacları yıxıb.

Yerli KİV-lərin məlumatına görə, küçələrdə qar örtüyünün hündürlüyü 50 santimetrə çatıb.