Ermənistan hökumətinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Biz də varıq” şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər. 

Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun “pis nümunə ola biləcəyi” vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də İrəvanda etiraz aksiyasına toplaşmışdılar.

Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.