Rusiyada aeroporta enən təyyarənin salonunda yanğın baş verib

Hadisə mobil telefon adapterinin qısa qapanma verməsi nəticəsində qeydə alınıb

Hadisə mobil telefon adapterinin qısa qapanma verməsi nəticəsində qeydə alınıb

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiyanın Volqoqrad şəhərinin hava limanında təyyarənin salonunda yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Telefonun yükləmə adapterində qısa qapanma nəticəsində kiçik tüstülənmə baş verib. Hər şey dərhal söndürülüb", - deyə həmsöhbət bildirib.

Yanğın Volqoqradın Qumrak hava limanında "Aeroflot" aviaşirkətinə məxsus "Airbas A320" tipli təyyarədə qeydə alınıb. Göyərtədə olan 153 sərnişin təxliyyə edilib. Xəsarət alan olmayıb. Reys Moskvadan gəlib.

Hazırda hava limanı ştat rejimində işini davam etdirir.