İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 18-də Qazaxda (Ağstafa, Tovuz və Qazax rayonlarını əhatə etməklə) keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.