MSK “veb-kamera"lar quraşdırılacaq dairə və məntəqələrin siyahısını təsdiqləyib

Natiq Məmmədov: "Səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq"

Natiq Məmmədov:

Bakı. 22 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda noyabrın 1-də keçiriləcək parlament seçkilərində səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə müzakirə olunub.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, 2008-ci ildən “veb-kamera”ların quraşdırılmasına başlanılıb: “Əvvəlcə 500 seçki məntəqəsinə belə kameralar quraşdırılmışdı. İndi isə 119 seçki dairəsində, 1 000 seçki məntəqəsində kameralar quraşdırılıb. Səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq”.

Müzakirələrin yekununda “veb-kamera"ların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.