Nepalda sərnişin avtobus dərəyə aşıb: 19 ölü, 16 yaralı - VİDEO

Hadisə yerində xilasetmə əməliyyatı aparılır

Hadisə yerində xilasetmə əməliyyatı aparılır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Nepalın mərkəzində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər həlak olub, 16 nəfər yaralanıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Avtobus Rajbiraj şəhərindən, Nepalın paytaxtı Katmanduya gedirmiş.

Hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Şahidlərin bildirdiyinə görə, hadisə zamanı avtobusda təxminən 40 sərnişin olub.