Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub

Bu vəzifəyə Fariz Rzayev təyin edilib

Bu vəzifəyə Fariz Rzayev təyin edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.

“Report”un məlumatına görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.

Nazir müavininin sözlərinə görə, bu vəzifəyə Fariz Rzayev təyin olunub.

F.Rzayev bu təyinata qədər Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, əvvəlki Aparat rəhbəri Mətin Eynullayev nazir müavini təyin olunandan sonra bu vəzifə vakant idi.